Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 13:54:00
Təhsil TV: “Sağlam təhsil” məktəbəhazırlıq qrupu

Məktəbəhazırlıq qrupunda təhsil alan 5 yaşlılar oktyabrın 1-dən dərsə başlayıblar. Bu il ölkə üzrə beşyaşlıların təhsilə cəlb olunması 90 faiz təşkil edir. 20 məktəbdə 27 məktəbəhazırlıq qrupu isə “Sağlam-Təhsil-Sağlam-Millət” layihəsi çərçivəsində fəaliyyət göstərən “Sağlam təhsil” siniflərinin payına düşür.

AzEdu.az xəbər verir ki, hazırda 214 nömrəli məktəbdəyik. Burada 3  “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Bu siniflərdə maksimum şagird sayı 24 nəfər təşkil edir.

Müəllimlər şagirdlərin hazırlıq səviyyəsi, dərsləri mənimsəməsi,  həm də məktəbə adaptasiyasının qənatəbəxş olduğunu deyirlər.

Valideynlər də övladlarının hələ erkən yaşlardan hərəkətlilik, sağlamlıq anlayışını dərk edərək böyümələrini təhsilin müsbət keyfiyyəti kimi qiymətləndirirlər. Həmçinin  onlar övlardlarının bu yaşdan
aktiv təlim metodlarına uyğunlaşmasından,  məhz sağlam təhsil siniflərində təhsil almasından məmnun olduqlarını deyirlər.

 Qeyd edək ki, məktəbəhazırlıq qruplarında  “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir.