XƏBƏRLƏR

04.10.2019 15:45
Rezidentlər Bakıda etiraz aksiyası keçirdilər  

Bu gün Səhiyyə Nazirliyinin önündə bir qrup tələbə etiraz aksiyası keçirib.

Nazirliyin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir:


“Səhiyyə Nazirliyi bu məsələnin həlli - yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir”.

Qeyd edək ki, bir qrup tələbə ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunmasını tələb edib.

İlin gənc müəllimi-Müraciət formu