Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 14:14:00
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 3 dəfədən çox artıb - NAZİRLİK  

Son illərdə müəllimlərin aylıq vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb.

2019-2020-ci tədris ili üzrə daha  30 min müəllimin  müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur.

Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 3 dəfədən çox artaraq təqribən 55 min olub.

Ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.