XƏBƏRLƏR

29.09.2019 14:12
Dövlət qulluğuna qəbul üzrə test imtahanı başa çatıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 29 sentyabrda dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

AzEdu.az xəbər verir ki, imtahan kompüterlər vasitəsilə aparılıb. 

İmtahana qeydiyyat avqustun 27-dən sentyabrın 27-si saat 16.00-dək aparılıb və bu müddət ərzində 82 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10.00-da başlayıb və 3 saat davam edib.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İlin gənc müəllimi-Müraciət formu