XƏBƏRLƏR

29.09.2019 10:16
Lənkəranda ilk İslam Kolleci fəaliyyətə başlayıb

QMİ-nin bu zamana qədər fəaliyyət göstərən üç dini mədrəsəsi var idi...

Ötən gün Lənkəran İslam Kollecinin (rəsmi mədrəsə) açılışı olub.

AzEdu.az SalamNews-a istinadən xəbər verir ki, ötən gün Lənkəran şəhərində İslam Kollecinin açılışı olub. Tədbirdə Qafqaz Müsəlman İdarə sədrinin müavinləri Fuad Nurullah, Qəmərxanım Cavadlı, əməkdaşlardan Cəfər Əyyubov, Valeh Nəsirov, DQİDK-nin rəsmisi Nahid Məmmədov, DQİDK-nin Lənkəran şöbəsinin müdiri Qağayı Məmmədov, Kollecin rəhbəri, QMİ-nin bölgə qazısı Qəni Axundzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kolleclər Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılıb. Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kollecidir.

QMİ-nin bu zamana qədər fəaliyyət göstərən üç dini mədrəsəsi var idi. Onlar Zaqatalanın Əliabad qəsəbəsində, Şəki və Bakı şəhərlərində fəaliyyət göstərir. Həmin mədrəsələrə də kollec statusu verilmişdir.

 

İlin gənc müəllimi-Müraciət formu