Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 15:42:00
MİQ-i qazanan müəllim əsgərliyə çağırıldıqda işdən çıxarıla bilərmi? - Çox axtarılan cavab  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az müsahibədə namizədlərə əmək müqaviləsi, əmək qanunvericiliyi ilə bağlı verilə biləcək sualların cavablarını mütəmadi olaraq təqdim edir.

Sual:

-MİQ müsabiqəsindən uğurla keçib müəllim adını qazanan namizəd hərbi xidmətə çağırıldıqda işdən çıxarıla bilərmi?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məsələlər Əmək Məcəlləsində əksini tapıb. Qanuna görə, hərbi xidmətdə olan müəllimin yerinə başqa biri işə götürülərsə, əvvəl həmin məktəbdə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qaytarıla bilər.

Ümumiyyətlə, qanunvericiliyə görə, MİQ müsabiqəsi vasitəsilə qəbul olunmuş müəllim hərbi xidmətə çağırılar, xəstələnər və ya analıq məzuniyyətinə çıxarsa, onun iş yeri toxunulmazdır. Sadəcə həmin iş müddətli müqavilə ilə vakant yer kimi çıxarıla və ya əvəzedici kimi başqa birinə verilə bilər. Amma müəllim həqiqi hərbi xidmətdən qayıtdıqda işinə davam edə bilər.

Amma xəstəlik səbəbiylə işindən ayrılan müəllim yalnız bülleten açdırdıqda gələcəkdə iş yerinə qayıtma hüququ qazanır.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları