XƏBƏRLƏR

10.09.2019 15:30
Kollecdə oxumaq istəyənlərin nəzərinə - qeydiyyatı bu gün başa çatır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün 23:59-da başa çatır.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, abituriyentlər sentyabrın 11-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Onlar qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını müvafiq təhsil müəssisəsindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Xatırladaq ki, 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

İlin gənc müəllimi-Müraciət formu