XƏBƏRLƏR

09.09.2019 12:52
Xarici universitetdən yerli ali məktəbə köçürülmə qaydaları – Vacib prosedur bilgiləri  

Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi qış və yay tətili dövründə həyata keçirilir.

Xatırladaq ki, yay tətili dövründə keçirilən müsabiqə artıq yekunlaşıb. Növbəti köçürülmə prosesi qış tətili dövründə, semestrin sonunda həyata keçiriləcək.

Bəs,  xarici ölkələrin ali təhsil müəssisələrindən yerli universitetlərə köçürülmək üçün nə etmək lazımdır?

 AzEdu.az xaricdə təhsil alan tələbələrin ən çox verdikləri suala cavabı təqdim edir:

Xarici ölkələrin ali təhsil müəssisələrindən yerli universitetlərə köçürülərkən əsas nəzərə alınan göstəricilər aşağıdakılardır:

-Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;

-Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;

- DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal);

-  Qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri;

- Təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;

- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.

Qeyd edək ki, yay tətili dövründə baş tutan köçürülmə prosesi üçün ümumilikdə 1 535 nəfər müraciət edib. Onlardan 1 193 nəfərin müraciəti müsbət cavablandırılıb.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu