Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-23 23:38:00
90  vəkilliyə namizəd icbari təlimə başlayır

Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 90 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.

Komissiyadan AzEdu.az-a bildiriblər ki, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının şifahi mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin sentyabrın 2-də saat 9:00-dan gec olmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) olmaları xahiş edilir. Əlavə məlumat üçün 012 594 14 95 telefon nömrəsinə müraciət etmək lazımdır.

İcbari təlimdə namizədlər vəkil peşəsinə hazırlanacaq, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.