Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
AzEdu.az xəbər verir ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.
Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.