Azedu.az

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb

15 Avqust 2019, 14:07
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a verilən məlumata görə,  Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.

Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.

Avqustun 15-dən 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta səviyyəyə düşəcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.

 

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox