Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 15:11:00
Müəllim eyni  vaxtda  iki sinfin  rəhbəri ola bilər? –  Çox verilən sual

Direktorların işəqəbulu üzrə test imtahanı mərhələsi artıq yekunlaşıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

Növbəti etap  DİQ  müsabiqəsinin müsahibə mərhələsidir. Müsahibənin keçirilmə tarixi və qaydaları barədə məlumatlar namizədlərə göndəriləcək.

Direktor namizədlərə müsahibə mərhələsində verilə biləcək suallardan biri də sinif rəhbərləri ilə bağlıdır.

Sual:

-Müəllim iki sinfin sinif rəhbəri ola bilər?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimatda əksini tapıb. Təlimata görə, sinif rəhbərini məktəb direktoru təyin edə və vəzifədən uzaqlaşdıra bilər. Onların fəaliyyətinə isə tərbiyə işləri üzrə direktor müavini nəzarət edir.

Müəllim yalnız bir sinfin sinif rəhbəri ola bilər. Yalnız məktəbdə müəllim sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə rəhbərlik etməsi mümkündür.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları