Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 21:32:00
Peşə Təhsil Mərkəzinin tələbələri kulinariya çempionatına qatıldı

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin usta və tələbələri Dünya İslam Kulinariya Konqresi çərçivəsində keçirilən II Beynəlxalq İslam Kulinariya Çempionatında iştirak edirlər.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, istehsalat təlim ustası Xanım Mirzəyeva, aşpaz və qənnadçı-şirniyyatçı ixtisası üzrə təhsil alan tələbələrdən Rafiq Əşrəfov, Rəna Orucova, Eldəniz Şahbazov və İndira Muxamədiyeva bu yarışlara qoşulublar.

Qeyd edək ki, Dünya İslam Kulinariya Konqresi Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda keçirilir.