XƏBƏRLƏR

15.07.2019 17:30
Yazıçılar Birliyinin Gənclər Şurası planlarını AÇIQLADI  

“Təyin edilmiş üzvlərlə iclas keçirib yeni planlar həyata keçirmək niyyətindəyik”.

AzEdu.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Yazıçılar Birliyinin Gənclər Şurasına yenicə sədr seçilmiş yazar Fərid Hüseyn bildirib.

O, yeni yaranış Şuranın gələcək planlarından danışıb.

“Bizdə hazırda həm tərkib həm də səlahiyyətli şəxslər yeni təyin olunub. Yaxın zamanlarda iclas keçirilməsi nəzərdə tutulub. Çünki istəyirik ki, üzvlərlə bərabər yeni planlar quraq. Təbii ki, hazırda da planlar var. Lakin əsas məqsəd şura üzvləri ilə bərabər müzakirələr təşkil etmək, yekcins fikirə gəlməkdir. İşləri elə qurmaq istəyirik ki,  hər şey daha kompakt vəə fəaliyyətyönümlü olsun. Növbəti həftələrdə keçiriləcək iclaslarda  təkliflərin nəzərə alınması ilə yeni qərarlar qəbul olunacaq . Bundan sonra da stabil olaraq fəaliyyətimiz başlayacaq. Sentyabr ayından etibarən yeni layihələrimiz olacaq. Onların icrasına başlanıldıqdan sonra mətbuata bu barədə məlumat verəcəyik”.

Qeyd edək ki, bir neçə gün öncə birliyin iclasında Gənclər Şurasının tərkibinə əlavə və dəyişikliyin edilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, şuranın  sədri vəzifəsinə  şair Fərid Hüseyn və sədr müavini vəzifəsinə yazıçı Cavid Zeynallı seçilib.

İlin gənc müəllimi-Müraciət formu