Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-09 13:02:00
MİQ müsabiqəsində test imtahan mərhələsinin ilk gününün xülasəsi – Narahatlıqlara son

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test imtahan mərhələsi keçirilir.

Xatırladaq ki, iyulun 8-dən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

AzEdu.az müəllim namizədləri bu mərhələ ilə bağlı ən çox narahat edən sualları cavablamağa çalışıb:

 -8 iyul tarixindən start götürülən MİQ müsabiqəsində iştirak edən namizədlər  təşkilatçılıq səviyyəsindən razı qalıblar. Həmçinin, yayın isti keçməsinə baxmayaraq, imtahan verən  namizədlər yaradılan şərait səbəbindən  hava şəraiti ilə bağlı heç bir çətinlik yaşamayıblar;

-İxtisas suallarının əksəriyyətini orta çətinlikdə hesab edilib. Asan suallar olsa da , çox çətin suallar salınmayıb;

-MİQ müsabiqəsində salınan suallar hər seans yenilənərək, təkrar sual olmamasına da diqqət edilir. Onu da nəzərinizə çatdıraq ki, MİQ müsabiqələsinin test mərhələsində salınan kurikulum sualları hansısa kitabdan deyil. Yəni müsabiqənin test mərhələsində salınan suallar ümumi kurikulum mövzularındandır. Həmçinin, bu sualları yazmaq üçün " mənim kitabımı oxuyun və yazın " fikrinə yox, mövzulara hədəflənmək lazımdır. Müəllim namizədləri istədikləri kurikulum kitablarından yararlana bilərlər;  

-MİQ müsabiqəsinin test mərhələsindən salınan məntiq çox qəliz olmasa da əksər müəllimlər çətinlik çəkiblər. Bu da yəqin ki , humanitar ixtisaslı olmaları ilə əlaqədardır.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları