XƏBƏRLƏR

30.06.2019 11:11
Kolleclərə qəbul üzrə müsabiqə şərtləri - Minimal ballar

IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları artıq yekunlaşıb.

Şagirdlər bu imtahanlarda müsabiqə şərtlərini ödədikləri halda kolleclərin ixtisas seçimində iştirak edə bilərlər.

AzEdu.az çoxsaylı müraciətləri nəzərə alaraq Dövlət İmtahan Mərkəzinin saytına istinadən, IX və XI illik bazada kolleclərə qəbul üzrə müsabiqə şərtlərini və minimal balları diqqətə çatdırır:

9 illik bazada kolleclərin ixtisas imtahanın ikinci mərhələsi başa çatdıqdan sonra-24 iyul - 5 avqust tarixlərində həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

11 illik bazada ixtisas seçimi 15 - 19 avqust tarixlərində keçiriləcək. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər iştirak edə bilər.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu