Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 12:50:00
Bir şagird Respublika Fənn Olimpiadalarında neçə dəfə iştirak edə bilər?-Rəsmi  

Bu ilin Respublika Fənn Olimpiadalarının qalibləri artıq məlumdur. Onlar arasında  bu olimpiadalarda dəfələrlə və müxtəlif  fənlər üzrə iştirak edib uğur qazananlar da var.

Maraqlıdır, bir şagirdin Respublika Fənn Olimpiadalarda ən çox neçə dəfə iştirak etmək hüququ var?

Mövzu ilə bağlı Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  hər şagird məktəbdə oxuduğu müddət boyunca hər il Respublika Fənn Olimpiadalarında iştirak edə bilər. Bunun üçün hər hansı məhdudiyyət, limit nəzərdə tutulmayıb.

Fənn olimpiadalarında isə əsasən IX, X və XI sinif şagirdləri, xüsusi halda VIII sinif şagirdlərinin iştirakına icazə verilir.

Qeyd edək ki, bu il keçirilən Respublika Fənn Olimpiadalarında 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub.

Onlar arasında bölgə məktəbləri də təmsil olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları