XƏBƏRLƏR

19.06.2019 15:45
Ceyhun Bayramov maaş artımı ilə bağlı Prezidentə təşəkkür etdi

Bu gün Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət   və media qurumlarının rəhbərləri iştirak ediblər.    

AzEdu.az  xəbər ki, mərasimdə çıxışı zamanı şagirdlərin olimpiadaya təşviq edilmə si üçün atılan addımlar barədə məlumat verən Təhsil naziri Ceyhun Bayramov olimpiadada müəllim faktoruna da toxunub.

O bildirib ki, son illər təhsilin inkişafı üzrə dövlət strategiyasına uyğun olaraq təhsildə müəllim faktoru qabarıq və ədalətli şəkildə  vurğulanır.

Ceyhun Bayramov olimpiadalarla bağlı müəllimlər arasında keçirilən müsabiqəni də vurğulayıb və müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı Prezidentə təşəkkürünü bildirib:

"Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşının artırılması ilə bağlı müəllimləri təbrik edirəm.  Təhsil cameəsi adından Cənab Prezidentə minnətdarlığını bildirirəm”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu