Azedu.az

Latviyada təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Universitetlər

19 Mart 2025, 11:00
Latviyada təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Latviya Respublikası 2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi 1 aprel 2025-ci ildir.

Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsilin İnkişafı Agentliyi (DTİA) tərəfindən veriləcək.

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Nikolun qapalı iclası - İlham Əliyev kəndləri tələb edir - Xəbəriniz Var?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox