Azedu.az

TİF və “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Elm və Təhsil Nazirliyi

19 Mart 2025, 14:39
TİF və “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Təhsilin İnkişafı Fondu və “Bakcell” arasında TələbəPlus kartı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Bakcell”in baş icraçı direktoru Klaus Müller imzalayıblar.

AzEdu.az xəbər verir ki, əməkdaşlığın əsas məqsədi tələbələrin rəqəmsal imkanlarını genişləndirmək, onların akademik və şəxsi inkişaflarını dəstəkləmək, eləcə də internetə daha rahat çıxışlarını təmin etməkdir.

İmzalanmış müqaviləyə əsasən TələbəPlus kart istifadəçiləri üçün xüsusi güzəşt və imkanların yaradılması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində TələbəPlus kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusu təqdim ediləcək. Bu bonus tələbələrin təhsil prosesində onlara daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradacaq.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox