Qılıncova Aytən Firədun qızı - 27 mart 1974-cü ildə Şəki şəhərində anadan olub.
1990-cı ildə Şəki şəhər 5 saylı orta məktəbi qızıl medalla bitirib. 1991-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1996-cı ildə BDU-nu riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası üzrə bitirib. 2004-cü ildən Binəqədi rayonu 244 saylı məktəbdə riyaziyyat müəllimi işləyir. “V-VI siniflər üçün testlər”, “VII-IX siniflər üzrə cəbrdən test tapşırıqları”, “həndəsədən 888 sual ” kitablarının müəllifidir. Qılıncova Aytən Riyaziyyat fənn kurikulumu üzrə 29.01-07.02.2013-cü il tarixlərdə “Öyrədənlərin öyrədəni” təlim kursundan keçərək təlimçi statusu almışdır. Fizika, riyaziyyat və informatika tədrisi N2,2014 “Riyaziyyat dərslərində tapşırıqlarda istifadə təcrubəsi” kitabında məqaləsi çıxmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil şöbəsi Fəxri Fərman 244 nömrəli məktəbin direktor müavini Qılıncova Aytən xanım pedaqoji sahədə səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “Müəllimlər Günü ” münasibəti ilə təltif edilir.
2008-ci ildə tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Binəqədi Rayon Gənclər və İdman İdarəsi Fəxri Fərman - 244 saylı məktəbin müəllimi Qılıncova Aytən 2007-2008-ci tədris ilinin yekunlarına, gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi yuksək nailiyyətlərə görə və 5 oktyabr “Müəllimlər Günu ” münasibəti ilə təltif edilir.
Fəxri fərman: Məktəbin riyaziyyat müəllimi Qılıncova Aytən məktəbin ictimai işlərində və məktəbdən kənar tədbirlərdə fəal iştirakına görə təltif olunur. Sertifikat: Qılıncova Aytən “Promethean” interaktiv lövhələrindən istifadə üzrə təlim kursunda iştirak etdiyinə görə təqdim olunur. Sertifikat: Mimio təlim kursunu dinlədiyinə görə.