Salmanova Fərqanə Oruc qızı N. Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir və 10 illik pedaqoji təcrübəyə malikdir. Sertifikasiya imtahanında yüksək bal toplamışdır.
O, TAİM “Mənim gündəliyim” vəsaitinin müəllifidir və “Müasir metodist” layihəsində iştirak etmişdir.
Pedaqoji fəaliyyəti dövründə müxtəlif ixtisasartırma kurs və təlimlərinə qatılaraq müasir tədris metodlarını mənimsəmiş, bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirmişdir. Daim öz üzərində işləyərək tədris prosesinin keyfiyyətinin artırılmasına xüsusi önəm verir.