Əliyeva Oksana Səmid qızı 29 yanvar 1987-ci ildə Almaniyanın Maqdeburq şəhərində anadan olmuşdur. 267 saylı məktəb-liseyi bitirdikdən sonra 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “İbtidai təhsil” fakültəsində bakalavr, 2008-2011-ci illərdə isə eyni ixtisas üzrə magistratura təhsili almışdır.
2011-2012-ci illərdə ADPU-nun İxtisasartırma fakültəsində “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” üzrə, 2020-2022-ci illərdə isə UNEC-in “Biznesin təşkili və idarəedilməsi” istiqamətində “İnsan resurslarının idarəedilməsi” ixtisasını bitirmişdir. 2025-ci ildə ADPU-nun “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə doktorantura pilləsinə qəbul olunmuşdur.
Pedaqoji fəaliyyəti:
2009-2012-ci illərdə “XXI Əsr BTİM”-də Azərbaycan dili müəllimi
2012-2022-ci illərdə İlyas Əfəndiyev adına Elitar gimnaziyada ibtidai sinif müəllimi
2022-2025-ci illərdə Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini
2025-2026-cı tədris ilindən Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini
Oksana Əliyeva ARTİ-nin “Müasir metodist” pilot layihəsində iştirak edərək uğurla tamamlamışdır. 2024-cü ildən ADPU-nun “İbtidai təhsil” fakültəsində müəllim kimi çalışır və “Elektron cədvəlin qurulması” və digər proqramlar üzrə təlimçi funksiyasını yerinə yetirir.
O, həmçinin Qazaxıstan və Türkiyədə ixtisasartırma proqramlarında, teledərs layihələrində və digər tədris layihələrində iştirak etmiş, 10-a yaxın elmi məqalənin müəllifi və müxtəlif pedaqoji vəsaitlərin həmmüəllifidir.