Xancanova Lamiyə İlham qızı N. Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Pedaqoji stajı 10 ildir və 57 bal ilə sertifikasiya imtahanını uğurla keçmişdir.
Fəaliyyəti müddətində Lamiyə xanım müxtəlif ixtisasartırma təlimlərində iştirak edərək öz peşəkar bacarıqlarını təkmilləşdirmişdir.
O, “Məktəbəhazırlıq qruplarında təlimin təşkili” və “İnkluziv sinifdə təlimin təşkili” təlimlərində təlimçi və mentor kimi çıxış etmiş, həmçinin OYU-nun “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” təlimində təlimçi funksiyasını yerinə yetirmişdir.
Lamiyə Xancanova həmçinin bir sıra pedaqoji vəsaitlərin müəllifidir. Onun müəllifliyi ilə TAİM tərəfindən “Mənim gündəliyim” və TAİM & “Körpü” nəşriyyatı tərəfindən “Məktəbə hazırlaşırıq” vəsaiti hazırlanmışdır. Bundan əlavə, “Müasir metodist” layihəsində metodist kimi fəaliyyət göstərmişdir.