Əliyeva İlahə Nurəddin qızı 2017-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 55 bal toplayaraq 221 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
Fəaliyyət göstərdiyi müddətdə peşəkar inkişafını davam etdirərək uşaq psixologiyası və sosial-emosional dəstək, rəqəmsal bacarıqlar və müasir texnologiyaların tədrisdə tətbiqi, STEAM yanaşması, sinif idarəetməsi və qiymətləndirmə metodikaları, eləcə də layihə və oyun əsaslı təlimlər üzrə müxtəlif təlim və proqramlarda iştirak edib.
2023-cü ildə keçirilən müəllimlərin sertifikasiya imtahanında 57 bal toplayaraq yüksək nəticə göstərib.
Pedaqoji fəaliyyətində şagirdlərinə olan sevgisi və məsuliyyət hissi onun əsas motivasiya mənbəyidir. O, tədris prosesində həm öyrədən, həm də öyrənən mövqeyini qoruyaraq şagirdlərinin hərtərəfli inkişafına töhfə verməyə çalışır.