Nigar Mehdizadə Nurəddin qızı Bakı şəhəri 279 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
2019-cu ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 55 bal toplayaraq müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
O, “Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində həyata keçirilən “Smart Təhsil – Smart Gənclik” layihəsinin davamı olaraq Sağlam Təhsil müəllimləri üçün təşkil edilmiş konstruktiv təlim proqramı üzrə seçilən mentor müəllimlərdən biridir. Eyni zamanda, Konstruktiv təlim layihəsinin davamı olaraq təşkil olunan ilk eksperimental dərsin müəllifi olmuş, “Fəal dərsin Smart dərsə çevrilmə yolları” adlı məqalə ilə metodiki yeniliklərə töhfə vermişdir.
Nigar Mehdizadə Microsoft sertifikatlı müəllimdir. O, MCE (Microsoft Certified Educator) və MIE (Microsoft Innovative Educator) beynəlxalq sertifikatlarına malikdir və rəqəmsal alətlərin tədris prosesinə inteqrasiyası istiqamətində fəal fəaliyyət göstərir.