Günel Eminli 251 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyət göstərir.
Orta təhsilini Ucar rayonu 6 nömrəli tam orta məktəbdə alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) biologiya müəllimliyi ixtisası üzrə ali təhsilini başa vurub.
Artıq 7 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur və bu müddət ərzində şagirdlərin elmi biliklərinin inkişafına töhfə verir. Müəllimlərin sertifikatlaşdırılması imtahanında test mərhələsindən 50, müsahibə mərhələsindən isə 40 bal toplayaraq yüksək nəticə göstərib.