Nəsərova Aysel Vahid qızı 2001-ci ildə Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə bakalavr, 2003-cü ildə isə üzvi kimya ixtisası üzrə magistr səviyyəsini fərqlənmə diplomları ilə bitirib.
Təhsil aldığı illərdə ali məktəb tələbələrinin respublika olimpiadasının iki dəfə qalibi olub.
2003-cü ildən etibarən Seyfulla Məmmədov adına 110 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyət göstərir.
Fəaliyyəti dövründə Təhsil Nazirliyi tərəfindən təşkil olunan bir çox təlimlərdə iştirak edib və müvafiq sertifikatlar əldə edib. Müəllimlərin sertifikasiya imtahanında isə 57 bal toplayıb.