Gülşən Şahverdiyeva Bakı şəhəri, Binəqədi rayonu 103 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.
Ali məktəbə 568 balla qəbul olaraq Qafqaz Universitetinin riyaziyyat–informatika müəllimliyi ixtisasında təhsil alıb. 2017-ci ildə universitetin adı Bakı Mühəndislik Universiteti (BMU) olaraq dəyişdirildiyindən, 2013–2018-ci illərdə təhsilini BMU-da başa vurub.
2018–2020-ci illərdə Bakı Dövlət Universitetində riyazi analiz ixtisası üzrə magistratura təhsili alıb.
Peşəkar fəaliyyətinə Atatürk liseyində başlayıb və burada 4 il çalışıb. Daha sonra Zəngilan rayonu 26 nömrəli tam orta məktəbdə 1 il müəllim kimi fəaliyyət göstərib. Ümumilikdə 7 ilə yaxın pedaqoji staja malikdir.
Müəllimlərin sertifikatlaşdırılması imtahanında yüksək nəticə göstərərək test mərhələsindən 60, müsahibə mərhələsindən isə 40 bal toplayıb. Bu nəticə onun həm ixtisas, həm də metodiki hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir.