Təhsil illərində respublika olimpiadalarında və müxtəlif müsabiqələrdə fərqlənmişdir. Müəllimlik fəaliyyətində Bakı Şəhər Təhsil İdarəsi tərəfindən keçirilən "Kiçik Tədqiqatçılar" müsabiqəsində fərqlənmə ilə təltif olunmuş, həmçinin "Innovate Your Dreams" layihəsində uğur qazanmışdır. Bu uğurlar Rubin.az saytı tərəfindən işıqlandırılmışdır. Vüsalə Əliyevanın həm Avropa, həm də Milli Keyfiyyət Nişanları vardır.
2020-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilən "eTwinning Günü" yarışmasında 2-ci yer qazanaraq diplom və hədiyyələrlə təltif olunmuşdur. O, həmçinin aşağıdakı beynəlxalq və yerli sertifikatlara malikdir:
I Beynəlxalq PR Yaradıcılıq Formu
3rd International Learning Conference: Assessing Learning və Master Class
Forum of National Psychology
Applied Behaviour Analysis Conference
İnnovate Your Dreams
Layihə Yazılışı təlimi
Təhsildə Müasir Yanaşmalar Elmi-Praktik Konfrans
STEM 2020 – Training Technologies Seminar
I və II İbtidai Sinif Müəllimlərinin Təhsil Forumları
eTwinning Quality Label və European Quality Label
CodeWeek “Kodlama Yaparak Öğreniyoruz” və Independent Azerbaijan
Təhsildə İnkişaf və Innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi: “Öyrəndik bir addım öndəyik”
Esse və dissertasiya yazmaq qaydaları
Web 2.0 alətləri üzrə bir sıra beynəlxalq və yerli təlimlər
O, Sabunçu rayonu üzrə "Kiçik Akademiya"ların İbtidai bölməsinin vitse-prezidenti, İstanbul İşletmə İnstitutunda, CLASS CENTRAL onlayn platformasında, Birmingham Universitetinin kurslarında və Google Free Courses for Teachers proqramlarında fəaliyyət göstərir. Həmçinin KHAN Akademidə fəaliyyət göstərir, müxtəlif ixtisasartırma təlimlərində iştirak etmişdir:
İKT savadlılığının artırılması
Təhsildə müasir strategiyalar və layihə metodikası
Ehtiyyat dərsliklərin tətbiqi və metodikası
İbtidai təhsil səviyyəsində şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası
Outlook-365 imkanlarının tədrisə tətbiqi
Vüsalə Əliyeva həmçinin Virtual Məktəb platformasında online təlimlərə qoşulur, "Təhsil Könüllüləri" qrupunun üzvü, Azərbaycan Müəllimlər Assosiasiyası və Azərbaycan Marifçilər Assosiasiyasının üzvüdür. Təhsil Nazirliyinin “Tele Dərs” layihələrində iştirak etmişdir.
Elmi fəaliyyətə marağı çərçivəsində “20 Yanvar hadisələrinə hüquqi-siyasi qiyməti Heydər Əliyev verdi” adlı məqaləsi İstanbulda Can Azərbaycan yayımlarının 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş kitabda dərc olunmuşdur.