Əzizə İbrahimli Müşviq qızı Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə Biologiya və STEAM müəllimi kimi fəaliyyət göstərir.
2016-cı ildə Bakı Dövlət Universitetinə 567 balla qəbul olmuş və fakültəyə ən yüksək balla daxil olan tələbələr arasında yer almışdır. Bu uğur ona universitet rəhbərliyi - rektor Abel Məhərrəmov, rektor müavini Fikrət müəllim və fakültə dekanı ilə dekan müavinlərinin iştirakı ilə keçirilən görüşlərdə iştirak imkanı vermişdir.
Universitet illərində yüksək balla müəllimlik ixtisasına qəbul olduğu üçün 4 il boyunca “Gələcəyin müəllimi” təqaüdü almışdır.
2020-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində 53 bal toplamış və həmin il Bakı şəhəri 75 nömrəli tam orta məktəbdə məzuniyyət yerində 4 ay çalışmışdır. 2021-ci ildə ikinci dəfə MİQ müsabiqəsində iştirak edərək Bakı şəhəri 187 nömrəli tam orta məktəbə daimi əsaslarla qəbul olmuş və 50 bal toplamışdır.
Pedaqoji fəaliyyət dövründə PİSA, Office-365 və STEAM kimi müxtəlif təlimlərdə uğurla iştirak etmiş, həmçinin AGMA-nın gənc müəllimlər üçün təşkil etdiyi təlimlərdə fəal olmuşdur.