Vəliyeva Günel Xanlı qızı Şirvan şəhərində anadan olub. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra ailəsinin təkidi ilə AMİ-Salyan filialında İbtidai sinif müəllimliyi ixtisasına daxil olmuş və 2015-ci ildə həmin institutu bitirmişdir.
2016-cı ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək 192 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır.
Hazırda 192 nömrəli tam orta məktəbdə İbtidai sinif və STEAM müəllimi kimi fəaliyyət göstərir.
Dərslərini oyun əsasında təşkil etməyə çalışır və WEB.2 alətlərindən gündəlik sinif tapşırıqlarında istifadə edir. O, “Öyrənə bilməyən şagird yoxdur, öyrətməyin düzgün və müxtəlif yollarına bələd olmayan müəllim vardır” prinsipinə inanır və öyrənmə və öyrətmə metodlarını daim təkmilləşdirir.
Elm və Təhsil Nazirliyi və İTE Azərbaycan tərəfindən keçirilən bir sıra təlimlərdə uğurla iştirak etmiş, müxtəlif sertifikatlar qazanmışdır və öyrəndiyi yenilikləri dərslərində tətbiq edir.
MİQ imtahanlarında 2016-cı ildə 52 bal, 2019-cu ildə isə 53 bal toplamışdır.
Günel xanım “Mütaliə Dostları” layihəsinin ideya müəllifi və icraçısıdır. Eyni zamanda eTwinning Plus layihələrinə qoşulmuş, milli keyfiyyət nişanı üçün müraciət göndərmiş və açıq hava oyunları layihələrində şagirdləri ilə fəal iştirak edir.