İradə Rəhimova- R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin ingilis dili müəllimidir. 1984-cü ildə SSRİ-nin 50 illik adına Xarici Dillər Universitetini (qırmızı diplomla) İngilis-fransız dili fakültəsini bitirib. Həmin ali məktəb 5 illik olduğu üçün magistratura pilləsi də bir yerdə sayılırdı.
Daha sonra təyinatla Saatlı rayonuna göndərilib. Burada 4 il müəllim kimi fəaliyyət göstərib. 3 il isə Sabirabad rayonu şəhər orta məktəbində işləyib. 1998-ci ildən etibarən Bakı şəhəri Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir. Sertifikasiyanın test mərhələsindən 56 bal toplayıb.