Gülsüm Həmzəyeva coğrafiya müəllimidir və hazırda Bakı şəhəri 233 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.
O, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzində “Məktəb Liderliyi 2” proqramını tamamlayıb.
Gülsüm Həmzəyeva “Məktəb Liderliyi Proqramı”nı uğurla başa vurub və proqram üzrə ilk 10-luqda yer alıb.
Hazırda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) Bakı üzrə koordinatorudur. Eyni zamanda “Bacarıqlar məktəbi”ndə təlimçi kimi fəaliyyət göstərir.