Məmmədli Nərmin Məmməd qızı 1 mart 1999-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan dili və ədəbiyyat müəllimidir.
Əmək fəaliyyətinə 2021-2022-ci tədris ilində Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbində başlayıb. 2022–2023-cü tədris ilində Bakı şəhəri 22 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirib.
2023-2025-ci illərdə Bakı şəhəri BPL 15 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində çalışıb. Hazırda isə Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.