Qənbərova Aynurə Kamal qızı 24 yanvar 1989-cu ildə anadan olub.
2010-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini qırmızı diplomla bitirib. 2015-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində respublika üzrə ən yüksək nəticəni toplayaraq müəllim kimi fəaliyyətə başlayıb.
Sertifikasiya imtahanında 57 bal toplayıb.
O, əsas uğurunun hər hansı rəsmi göstəricidən daha çox şagirdlərinə tədris etdiyi fənni sevdirməyi bacarmasında olduğunu hesab edir. Hazırda şagirdlərinin müxtəlif universitetlərdə təhsil alması və müxtəlif sahələrdə çalışması onun üçün qürurvericidir. Bununla yanaşı, onların şəxsiyyətinin formalaşmasına və vicdanlı insan kimi yetişməsinə töhfə verməsini öz fəaliyyətinin ən önəmli nəticəsi kimi dəyərləndirir.