Samirə Tağıyeva 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində ali təhsil alıb.
2020-ci ildən etibarən Bakı şəhəri, Xəzər rayonu R. Sadıqov adına 136 nömrəli tam orta məktəbdə fizika müəllimi kimi fəaliyyət göstərir. Bundan əvvəl də müxtəlif ümumtəhsil müəssisələrində çalışıb. Ümumilikdə 8 ilə yaxın pedaqoji təcrübəyə malikdir.
O, 2025-ci ildə müəllimlərin sertifikasiya imtahanının test mərhələsində iştirak edərək 54 bal toplayıb.