07 mart 1984-cü ildə Şərur rayonunun Oğlanqala kəndində anadan olmuşdur. 1990-cı ildə Oğlanqala kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1997-ci ildə isə Şərur Türk Liseyinə qəbul olmuşdur. 2001-ci ildə həmin Liseyin 11-ci sinfini bitirib, Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olmuş və 2005-ci ildə bu universiteti bitirmişdir. 2006-cı ildə hərbi xidməti bitirdikdən sonra Oğlanqala kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim təyin olunmuşdur. 2016 cı ildə müsabiqə yolu ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə müəllim təyin edilmişdir. Fəaliyyəti müddətində müəllim Liseydə daim öz çalışqanlığı ilə seçilmiş, liseyin ictimai işlərində, hər zaman fəallıq göstərmişdir. 2021-ci ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 50 bal toplamışdır. Onun Azərbaycan dili fənnini tədris etdiyi siniflərdə şagirdlər yüksək nəticələri ilə digər siniflərdən seçilmişdirlər. Ötən tədris ilində XI siniflərin buraxılış imtahan nəticələrinin mənimsəmə faizlərinə görə (76%) ən yüksək nəticə Dünyamin müəllimin Azərbaycan dili fənnini tədris etdiyi sinifdə qeydə alınmışdır.