1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuş, orta təhsilini Qaradağ rayonu Lökbatan qəsəbəsi 288 saylı tam orta məktəbdə almışdır. Ali təhsilini Bakı Dövlət Universitetində almışdır. Hazırda coğrafiya müəllimi olaraq fəaliyyət göstərir. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 58 bal toplamışdır. Şagirdlərinin coğrafiya fənninə marağını artırmış və RFO-da final mərhələsinə qədər irəliləmələrinə nail olmuşdur. Könül Nəbiyeva “Öyrənmə çətinliyi” təlimi, Chip Adam Eğitim ve Danışmanlık ve teknoloji Hizmetleri təşkilatı tərəfindən təşkil edilmiş 4 saatlıq “Erteleme davranışları nedenleri ve çözüm yolları” seminarı və 120 saatlıq “Eğitim ve öğrenci koçluğu” kimi təlim və seminarlarda iştirak etmiş və sertfikatlar əldə etmişdir.