3 dekabr 1989-cu ildə Naxçıvan şəhərində anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin Fizika müəllimliyi ixtisasını bitirmişdir. 2021-ci ildə təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində 55 bal toplamışdır. Müəllim diaqnostik qiymətləndirmə imtahanında isə 60 bal toplamışdır. Müəllim bir sıra təlim və seminarlarda uğurla iştirak etmiş və əldə etdiyi bacarıqları həm dərslərində, həm də liseydaxili müəllimlərə təlimlər keçməklə xüsusi köməkliyini və dəstəyini göstərmişdir. 2025- ci ildə Education Platformunun təşkil etdiyi “Rəqəmsal bacarıqlar” adlı təlimdə aktiv iştirakına görə sertifikata layiq görülmüşdür. 2025- ci ildə Laava Academy tərəfindən təşkil edilən “Data Analitika sirlərini kəşf et” adlı təlimdə iştirak etmiş və sertifikata layiq görülmüşdür. Liseydə rəqəmsal bacarıqların dərslərdə tətbiqini uğurla həyata keçirir və bu sahədə həmkarlarına da dəstək göstərir. Naxçıvan Qızlar Liseyində şagirdlərin həm fizika, həm də STEAM sahəsində bilik və bacarıqlarının formalaşdırılmasında müəllimin xüsusi rolu vardır.