1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1999-cu ildə Naxçıvan Dövlət Universitetinə qəbul olmuş, 2003-cü ildə Univesiteti Coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr, 2005-ci ildə isə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildən Heydər Əliyev adına tam orta məktəbdə ixtisası üzrə müəllim işləyir. Pedaqoji fəaliyyətində coğrafiya fənninin tədrisini yüksək səviyyədə qurmuş, şagirdlərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, tədqiqatçılığa cəlb olunması üçün bilik yarışmaları, təqdimat və layihələrin nümayiş etdirildiyi Coğrafiya gecələrini müntəzəm təşkil etmişdir. Çinarə müəllimin şagirdləri fənn olimpiadalarının fəal iştirakçıları və qalibləri olublar. Təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində 56 bal toplamışdır.