25 sentyabr 1992 ci ildə Şahbuz rayon Yuxarı Qışlaq kəndində anadan olmuşdur. 1999-2009-cu illər ərzində Şahbuz rayon Yuxarı Qışlaq kənd tam orta məktəbində təhsilini başa vurmuşdur. 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Fizika Riyaziyyat fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil almışdır. 2014-2015-ci tədris ilindən Şahbuz rayon Yuxarı Qışlaq kənd tam orta məktəbində riyaziyyat müəllimi olaraq fəaliyyətə başlayıb. 2016-2025-ci illərdə həmin məktəbdə sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində fəaliyyət göstərib. 2025-2026-cı tədris ilində Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərərək iş yerini Şahbuz rayon Biçənək kənd tam orta məktəbinə dəyişdirmişdir. 2021-ci ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində 47 bal toplamışdır. Tədris apardığı sinfin şagirdləri buraxılış və blok imtahanlarında yüksək nəticələr göstəriblər. Müəllimin təhsilin keyfiyyətinin yüksəldilməsi mövzusunda iki məqaləsi müxtəlif jurnallarda çap olunub.