19 aprel 1998-ci ildə Naxçıvan şəhər Qaraxanbəyli kəndində anadan olmuş, 2004-2015- ci illərdə Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə təhsil almış, 2015 – 2019 –cu illərdə Naxçıvan Müəllimlər İnstitunun Pedaqoji fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasını bitirmiş, 2020-ci ilin sentyabr ayında müəllimlərin işə qəbulu müsabiqəsində 57 bal toplayaraq Kəngərli rayon Qabıllı kənd tam orta məktəbində pedaqoji fəaliyyətinə başlamış, 2024-cü il iyun ayında müəllimlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 57 bal toplamışdır. Hal-hazırda fəaliyyətinə həmin məktəbdə davam edir. Kəngərli rayon Qabıllı kənd tam orta məktəbində işlədiyi müddətdə rayon üzrə təşkil edilən yarış və tədbirlərdə fəal iştirak etmiş və Qrant layihələr yazıb təqdim etmişdir. 2025-ci ilin sentyabr ayında təqdim etdiyi “Müasir natiqlər: Sözlə güclən” layihəsi ilə qrant qazanmışdır. IX Qrant müsabiqənin qalibidir və hal-hazırda layihəsi icra olunmaqdadır. “Məktəb-Valideyn-Şagird üçbucağındakı çatışmazlıqlar” mövzusunda hazırladığı məqaləsi Naxçıvan Müəllimlər İnstitutunda dərc olunmuşdur.