15 oktyabr 1983-cü ildə Ordubad şəhərində anadan olmuşdur. Ali təhsilini Naxçıvan Dövlət Universitetində Riyaziyyat müəllimliyi ixtisası üzrə almışdır. Hal-hazırda Ordubad şəhər Ə.Ağayev adına 3 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Diaqnostik qiymətləndirmə imtahanında 56 bal toplamış, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində isə 55 bal toplamışdır. 20 illik pedaqoji staja malikdir. Pedaqoji fəaliyyəti dövründə dərs dediyi şagirdləri öz yüksək nəticələri ilə seçilmişdir. Belə ki, şagirdlərindən biri keçirilən olimpiadalarda göstərdiyi yüksək nəticə ilə fərqlənmişdir. Təhsildə əldə etdiyi uğurlara görə 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən "Fəxri Fərman"la təltif edilmişdir.