02 avqust 1980-ci ildə Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını 2003-cü ildə bitirmişdir. Hazırda Ordubad rayon Nüsnüs kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışır. 27 illik pedaqoji staja malik olan Xədicə Məmmədova tədris prosesində müasir və innovativ təlim metodlarının tətbiqinə xüsusi önəm verir, şagirdlərin bilik və bacarıqlarının inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Müxtəlif peşəkar inkişaf kursları və təlimlərdə iştirak edərək bilik və bacarıqlarını daim təkmilləşdirir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində fərdi kateqoriya üzrə “Dastana döndü. Hər şəhid bir dastan…” adlı layihə ilə qalib olmuşdur. Həmçinin 2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili qrant müsabiqəsində “Play & Learn & Grow – məktəbəqədər yaş qrupunda olan uşaqlar üçün tədris və inkişaf” adlı layihə ilə qalib seçilmişdir. 2020-ci ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunda ənənəvi qaydada keçirilən elmi konfranslarda mütəmadi olaraq məruzələrlə çıxış etmiş, elmi məqalələri İnstitutun elmi jurnalında dərc olunmuşdur. 2022-ci ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 45 bal toplamışdır.