26 sentyabr 1988-ci il tarixdə Şərur şəhərində anadan olmuşdur. 2006-cı ildə Şərur şəhər 2 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib, elə həmin ildə yüksək balla Naxçıvan Dövlət Universtetinə qəbul olmuşdur. 2010-cu ildə Universitetin Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmiş və təhsil aldığı Şərur şəhər 2 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Magistr təhsilini Naxçıvan Müəllimlər İnstitutunda Riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə almışdır. 2024-cü ildə təhsilverənlərin sertifikalaşdırılması imtahanında I mərhələdə 57 bal, II mərhələdə 40 bal, ümumilikdə 97 bal toplayaraq imtahanda iştirak edən riyaziyyat müəllimləri içərisində I yer tutmuşdur. “Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası” adlı məqaləsi 11 iyul 2025-ci ildə “Azərbaycan müəllimi” qəzetində dərc edilib. “Ümumi təhsil orta məktəblərdə Riyaziyyatın öyrədilməsinin metodikası və psiixoloji əsasları” adlı elmi məqaləsi Azərbaycan Elm Mərkəzi tərəfindən keçirilən Beynəlxalq Elmi Konfransda dinlənilib və Universitetin dərs vəsaiti kimi “Elmi iş” jurnalında çap olunmuş və rəsmi sertifikatla mükafatlandırılmışdır.