01 mart 1977-ci il tarixdə Şərur rayon Düdəngə kəndində anadan olmuşdur. 1984-1994-cü illər ərzində Düdəngə kənd tam orta məktəbində təhsil almışdır. 1994-1998-ci illər ərzində isə Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisasında təhsil almışdır. 1998-2003-cü illər ərzində B.Kəngərli adına Şərur rayon Musiqi məktəbində fortepiano müəllimi olaraq fəaliyyət göstərmişdir. 2003-cü ildən günümüzədək Şərur rayon Zeyvə kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərir. Həmçinin 15.11.2021 tarixində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanında iştirak edərək 51 bal toplamışdır. Müəllimənin şagirdləri içərisində illər əvvəl I qrup üzrə maksimum nəticə göstərərək 700 bal toplayan Əli Allahverdiyev və II qrup üzrə Azərbaycan birincisi olan Mikayıl Cəfərlini də xüsusilə qeyd olunmalıdır. Muxtar respublikada keçirilən inşa müsabiqələrində və müxtəlif yarışlarda şagirdləri uğur qazanmışdır. Dərs dediyi illər ərzində müasir metodlardan istifadə edərək müxtəlif siniflər üzrə bir çox mövzularda açıq və nümunəvi dərslər də keçmişdir.