25 dekabr 1965-ci ildə Şərur rayonunun Axaməd kəndində anadan olmuşdur. 1973-cü ildə Axaməd kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1985-ci ildə Naxçıvan Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına qəbul olunmuş, 1991-ci ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. 1993-cü ildən etibarən Şərur şəhər 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir. 34 illik pedaqoji fəaliyyəti dövründə tədris apardığı sinifləri bitirən şagirdlər yüksək nəticə ilə ali təhsil müəssisələrinə qəbul olmuşdur. Həmin şagirdlər müxtəlif sahələr üzrə fəaliyyətlərini davam etdirir, məktəbdə olan bütün ictimai-sosial işlərdə yaxından iştirak etmişdir. Kollektiv daxilində fəaliyyətinə görə daima seçilmişdir. 2022-ci ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində 51 bal toplamışdır.