26 yanvar 1986-cı il tarixdə Culfa rayon Qazançı kəndində doğulmuşdur. 1992-ci ildə Qazançı kənd tam orta məktəbinin I sinfinə daxil olmuş, IX sinfə qədər bu məktəbdə təhsil almışdır. 2001-ci ildə ailəsinin yaşayış yerini Naxçıvan şəhərinə dəyişməsi ilə əlaqədar təhsilini Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Həmin məktəbdə oxuduğu illərdə riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarında iştrak edib, yer tutmuşdur. 2003-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirib, 541 balla Naxçıvan Dövlət Universtetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2007-ci ildə Universiteti “Fərqlənmə” diplomu ilə bitirib, təhsil aldığı 15 nömrəli tam orta məktəbdə peşə fəaliyyətinə başlamışdır. Fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi seminar və təlimlərdə yaxından iştirak etmişdir. Fəaliyyəti dövründə keçirilən diaqnostik qiymətləndirmədə 60 balla, 2021-ci ildə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində isə 51 bal toplamışdır.