1965-ci ildə Babək rayon Qahab kəndində anadan olub. 1982-ci ildə Babək rayon Qahab kənd tam orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş və 1989-cu ildə həmin institutu əla qiymətlərlə bitirmişdir. Elə həmin ildən etibarən pedaqoji fəaliyyətinə başlamışdır. 37 il müəllim kimi pedoqoji stajı vardır. Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Musayeva Gülbəniz Həmid qızı 16 mart 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə 80 baldan 72 bal toplayaraq muxtar respublika müəllimləri arasında I yerə layiq görülüb. 2021-ci ildə təhsilverənlərin sertifikatlaşdırılması imtahanında 52 bal toplamışdır. Hazırda Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbdə ingilis dili fənnini tədris edir. Təhsil prosesində yeni metodların tətbiq ediməsi ilə əlaqədar keçirilən seminarlarda iştirak etmişdir. Həm məktəb rəhbərliyi, həm də Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən uöurlu fəaliyyətinə görə təltif olunmuşdur. Təhsil verdiyi şagirdlər yüksək ballarla həm ölkəmizin, həm də xarici dövlətlərin nüfuzlu Universitetlərində təhsil alırlar.